adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Fevral 2023 17:10
223
DÜNYA

Ərdoğan: “Coğrafiyamızın və dünyanın böyük fəlakətlərindən biri ilə üz-üzəyik”

“Mütəxəssislər iki zəlzələni dünyada misli görünməmiş yer hərəkətləri kimi xarakterizə edirlər”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Zəlzələlər 10 şəhərdə böyük dağıntılara səbəb olub. Mütəxəssislər iki zəlzələni dünyada misli görünməmiş yer hərəkətləri kimi xarakterizə edirlər.

Qırılan platformaların eni baxımından bu zəlzələlər oxşar zəlzələlərə nisbətən daha böyük ərazidə dağıntılara səbəb olub. Coğrafiyamızın və dünyanın böyük fəlakətlərindən biri ilə üz-üzəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğanın sözlərinə görə, çox sayda afterşoklar zədələnmiş binaları daha çox təhlükə altında qoyub.

“Bütün dövlət qurum və təşkilatları zəlzələnin ilk anlarından etibarən səfərbərlik ruhu ilə fəlakət bölgələrində fəaliyyətə başlayıb. Çox sayda afterşoklar zədələnmiş binaları daha çox təhlükə altında qoyub və bu da aparılan işlərə mənfi təsir göstərir. Dövlətimizin bütün imkanlarından istifadə edərək vətəndaşlarımızın dəstəyi ilə axtarış-xilasetmə işlərimizi davam etdiririk. 53 317 əməkdaşımız və yardımçı heyətimiz dağıntı bölgələrində çalışır. Zəlzələdən sağ çıxan fəlakət qurbanları üçün sığınacaqdan tutmuş geyimə, yeməkdən tutmuş qızınmalarına qədər tədbirləri mərhələ-mərhələ həyata keçiririk. İndiyədək rayona 54 min çadır və 102 min çarpayı göndərilib”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.