Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər
Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib.
"Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red) xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər", - Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, müxalifət öz strukturunu zəhərli sarmaşıq kimi sarmış soyğunçulardan təmizləməyincə, nə siyasi nüfuzunu, nə də siyasi kimliyini geri qaytara biləcək.
"Siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu günlər köhnə Türkiyə ilə birlikdə geridə qaldı. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qoy qanun işləsin. Məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk xalqı adına qərar versin. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil", - Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16


Bakı -°C

