Ərdoğan yanğında ölən 14 nəfərlik ailənin dəfn mərasimində - YENİLƏNİB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Boluda baş verən yanğında 14 üzvünü itirən Gültekin ailəsinin dəfn mərasimində iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Uzun illərdir bir ailə kimi dostuq. Canımız, ürəyimiz yandı. Mehmet bəy mənim deputat dostum olub, parlamentdə xidmət etmişik. Bu gün borcumuzu yerinə yetirmək üçün buradayıq. Bütün ailəsinə və millətimizə səbr diləyirəm", - deyə Ərdoğan qısa çıxış edib.
Qeyd edilib ki, yanğında 14 ailə üzvü ilə bərabər həyatını itirən Zehra Sena Gültekin AK Partiyanın 22-ci Dönəmdə Boludan seçilmiş millət vəkili Mehmet Günerin qızı olub.
Ümumilikdə isə Kartalkaya xizək kurortunda "Grand Kartal" hotelində baş verən yanğında 76 nəfər ölüb, 51 nəfər isə yaralanıb. Türkiyəni yaslara qərq edən fəlakətdə həyatını itirənlər son səfərə yola salınır. Yanğında 14 üzvünü itirən Gültəkin ailəsinin dəfn mərasiminə prezident Ərdoğan və
Qeyd edək ki, Zehra Sena Gültekin yanğında əri, 3 uşağı və yaxınları ilə birlikdə vəfat edib.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında həyatını itirən vətəndaşların cənazə namazına qatılmaq üçün Boluya gedəcək.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, Kartalkaya xizək mərkəzindəki "Grand Kartal" hotelində baş verən yanğın təxminən 10 saatlıq müdaxilədən sonra nəzarətə götürülüb. Yanğında 76 nəfər ölüb, 51 nəfər yaralanıb.
Fəlakətlə əlaqədar müəssisə sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
Ərdoğan dünən Prezident iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, Kartalkayada baş verən yanğınla əlaqədar bir günlük matəm elan edildiyini açıqlayıb.