01 Mart 2025 23:42
213
DÜNYA

Ərdoğan ilk iftarını onlarla etdi - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarını şəhid yaxınları ilə birlikdə açıb.

Adalet.az xəbər verir ki, Ərdoğan bu haqda sosial media hesabında paylaşım edib.

“Hər Ramazanda olduğu kimi, bu il də ilk iftarımızı şəhidlərimizin yaxınları ilə açdıq. Süfrəmizi şərəfləndirən hər bir ailəmizə təşəkkür edirəm. Millətimizin bizə əmanəti olan, 81 vilayətimizin hər yerindəki şəhid yaxınlarımızı sevgi və ehtiramla salamlayıram”, - Türkiyə lideri paylaşımında yazıb.