Ərdoğan müxalifətə xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib.
Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib:
"Biz heç vaxt küçələrimizdə iğtişaşlara və ya millətimizin əmin-amanlığının pozulmasına icazə verməyəcəyik, xüsusən də İstanbuldakı bacı-qardaşlarımın. Ana müxalifətin köhnə və yeni üzvləri arasında şiddətli hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verməyəcəyik".
Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsi rəhbərliyinin, o cümlədən sədr Özgür Çelikin vəzifəsindən uzaqlaşdırılması və nəzarətin Gürsel Tekinin rəhbərlik etdiyi müvəqqəti şuraya verilməsindən sonra İstanbulda etiraz aksiyası keçirilib.
Bundan əvvəl 2023-cü ildə qurultay və səsvermə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılıb.
Digər Xəbərlər

Konqoda 50-dən çox insan öldürülüb

Qəzza bölgəsi boşaldılır

İsrail Suriyada türk hərbi texnikasını vurub?

Yeni nazir sərt qanunlar gətirir

İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri

Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər
