Melaniya Tramp Kiyevdə birinci xanımların sammitində iştirak etməyəcək

ABŞ-nin birinci xanımı Melaniya Tramp Kiyevdə keçiriləcək birinci xanımlar və cənabların beşinci sammitində iştirak etməyəcək.
Adalet.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya sammit ərəfəsində keçirilən mətbuat konfransında bildirib.
"Birləşmiş Ştatların birinci xanımı da dəvət edilib. Təəssüf ki, bu dəfə o, iştirak etməyəcək, lakin biz bu ayın sonunda Nyu-Yorkda görüşlər planlaşdırırıq. Düşünürəm ki, bu gün Kiyevdə müzakirə olunacaq mövzular Nyu-Yorkda da müzakirə ediləcək", - Y.Zelenskaya qeyd edib.
Xatırladaq ki, Kiyevdə birinci xanımlar və cənabların beşinci sammiti 10-11 sentyabr tarixlərində keçiriləcək.
Digər Xəbərlər

Yeni nazir sərt qanunlar gətirir

İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri
