08 Sentyabr 2025 19:14
143
İDMAN

Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes (90 kq) bu gün İngilltərənin Liverpul şəhərində təşkil olunan dünya çempionatında ilk döyüşünə çıxıb.

Adalet.az xəbər verir ki, 1/8 finalda dünya çempionu və 2024-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı Almaniya boksçusu Yasse Sisse ilə qarşılaşıb.

Döyüş Alfonsonun qələbəsi ilə yekunlaşıb (5:0). O, 1/4 finala vəsiqə qazanıb.