İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək

İsrail Prezidenti İsxak Hersoq bu həftə Londona səfər edəcək və Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrindən biri ilə görüş keçirəcək.
Adalet.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Hersoqu Britaniyanın Baş naziri Kir Starmer, həmçinin xarici işlər naziri İvett Kuper qəbul edə bilər. Lakin nə Britaniya tərəfi, nə də İsrail Prezidentinin ofisi bu məlumatı rəsmi qaydada təsdiqləməyib.
Hersoqun iqamətgahında yalnız onu qeyd ediblər ki, o, üç gün davam edəcək səfər çərçivəsində "ictimaiyyət nümayəndələri" ilə görüşəcək.
Digər Xəbərlər

Yeni nazir sərt qanunlar gətirir

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri

Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər
