08 Sentyabr 2025 16:06
83
DÜNYA

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib

İsrail ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzzada atəşkəs təklifini qəbul edib.

Adalet.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İsrail xarici işlər naziri Gideon Saar Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.