Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul etdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib.
Adalet.az xəbər verir ki, müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını, digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsində də inkişafını xüsusi vurğulayaraq bu əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində yeni hərbi attaşeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor E.Dinçer isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından qürur duyduğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə əzmlə çalışacağını bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Gaffar Görenin də iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Azərbaycan və Cibuti XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Şahin Mustafayev: "Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub"

Rəsmi Bakı: Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

ABŞ biznesmenlərindən ibarət heyət Azərbaycanda bir sıra nazirlərlə görüş keçirəcək

Prezident tacikistanlı həmkarını təbrik etdi

İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan XİN Şimali Makedoniyanı təbrik edib
