Prezident tacikistanlı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir.
Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".
Digər Xəbərlər
09 Oktyabr 2026 16:34
Prezidentin Türkmənistana səfəri başa çatdı
09 Oktyabr 2026 16:15
İlham Əliyev Pezeşkianla görüşdü
09 Oktyabr 2026 16:00
İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - YENİLƏNİB
09 Oktyabr 2026 15:48
MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul etdilər
09 Oktyabr 2026 15:00
Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
09 Oktyabr 2026 14:17
"Daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir" - Dövlət başçısı
09 Oktyabr 2026 14:16
"Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir" - Prezident
09 Oktyabr 2026 14:16


Bakı -°C

