adalet.az header logo
  • Bakı -°C
24 Iyul 2026 18:34
77
DÜNYA
A- A+

Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefonla danışıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə–Özbəkistan ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

Türkiyə Prezidenti ilk fürsətdə Özbəkistana səfər etməyi planlaşdırdığını bildirərək həmin səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli əlaqələrdə mövcud dinamikanın qorunub saxlanmasına töhfə verəcəyinə ümid etdiyini söyləyib.

Ərdoğan may ayında Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə "Ailə Məclisi"nin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunduğunu xatırladıb.

O, oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu qərarların daha da irəli aparılmasının hədəfləndiyini bildirib.

Söhbət zamanı Türkiyə Prezidenti Şavkat Mirziyoyevi noyabrın 11-12-də Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) dəvət edib, eyni zamanda, onu doğum günü münasibətilə təbrik edib.