Ərdoğan: Türkiyənin yeni konstitusiya layihəsinin hazırlanmasına başlanılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyasının hazırlanması prosesinin başladığını açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə, o, partiyasının toplantısında çıxışı zamanı bildirib.
Ərdoğan Türkiyənin hazırkı konstitusiya ilə vidalaşmasının zəruriliyini vurğulayıb: “Cümhur İttifaqı olaraq bu dəfə TBMM-dəki digər siyasi partiyaların da töhfələri ilə ümumi dil tapacağımıza ümid edirik”.