adalet.az header logo
  • Bakı -°C
26 Fevral 2026 17:33
86
SİYASƏT
A- A+

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Adalet.az xəbər verir ki, prezident bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.