Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüşməyi təklif etdi
Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye AES-dəki bütün minaları təmizləsin. Çünki bu bir təhlükədir.
Adalet.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, dünya sülhü üçün mühüm addım olaraq, Rusiya lideri ilə danışığı zaman bu məsələni müzakirə edəcək: "Rusiya bu istiqamətdə üzərinə düşəni etməlidir, biz bunu xüsusilə xahiş edəcəyik".
Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin diplomatiya yolu ilə bitməsi üçün səylərini davam etdirəcək.
Bundan başqa, Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini söyləyib.
Digər Xəbərlər
26 Aprel 2024 17:45
Ərdoğan: Bütün səylərimiz regionda sülh və sabitliyin təmin olunmasına yönəlib
26 Aprel 2024 17:17İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - VİDEO
26 Aprel 2024 17:00“Crocus" terroru ilə bağlı daha bir nəfər SAXLANILDI
26 Aprel 2024 16:44Hakan Fidan: Dünyada islamofobiya güclənib, mübarizə aparılmalıdır
26 Aprel 2024 14:05