Ərdoğandan "Ahbap" qalmaqalına ilk reaksiya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-ci Kommunikasiya Şurasında çıxışı zamanı 6 fevral zəlzələlərindən sonra baş verən hadisələrə toxunaraq, fəlakətdən siyasi və iqtisadi məqsədlər üçün istifadə edənlərin artıq ədalət qarşısında cavab verdiyini bildirib.
Adalet.az xəbər verir ki, Ərdoğan ad çəkməsə də, son günlər gündəmdə olan "Ahbap" Dərnəyi və onun rəhbəri Haluk Levent ətrafında yaranmış korrupsiya iddialarına işarə edib. O qeyd edib ki, son həftələrdə üzə çıxan məlumat və sənədlər zəlzələ dövründə dövlətə və millətə qarşı müxtəlif əməliyyatların həyata keçirildiyini göstərir.
"Zəlzələdən siyasi və iqtisadi mənfəət üçün istifadə edənlər indi ədalət qarşısında cavabdehdirlər", - deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan çıxışında dezinformasiyanın milli təhlükəsizlik məsələsinə çevrildiyini də bildirib. Onun sözlərinə görə, sosial media platformaları cəmiyyətin reaksiyalarına ciddi təsir göstərir, həqiqətlə qavrayış arasındakı fərqi artırır və ictimai etimadı zəiflədir.
Prezident qeyd edib ki, hökumət dezinformasiyanın bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcək və dövlətə qarşı istifadə olunan heç bir resursa imkan verilməyəcək.
Qeyd edək ki, Ərdoğan bu fikirləri Ankarada ATO Konqresiumunda keçirilən 2-ci Kommunikasiya Şurasında səsləndirib.
Digər Xəbərlər
28 Iyul 2026 18:00
İran Ukraynanı raketlərlə vurmağı planlaşdırır - KİV
28 Iyul 2026 16:54
"Türkiyə ilə müharibə etmək istəmirik" - İsrailin müdafiə naziri
28 Iyul 2026 16:20
Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış
28 Iyul 2026 15:36


Bakı -°C

