25 Sentyabr 2025 22:10
85
DÜNYA

Ərdoğanla Tramp arasında görüş BAŞA ÇATDI - VİDEO + YENİLƏNİB

Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.

Adalet.az xəbər verir ki, görüş 2 saata yaxın davam edib.

    Görüşün detalları ilə bağlı Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti tərəfindən yazılı açıqlama veriləcəyi gözlənilir.

    ***

    19:37

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

    Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Qeyd olunub ki, Tramp həmkarını Ağ Evin qarşısında qarşılayıb.

    Onlar Nyu- Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.