Uitkoff Azərbaycan barədə Hakan Fidan və İbrahim Kalından məsləhət alır

Türkiyə rəsmilərindən mütəmadi olaraq Azərbaycan barədə məsləhət alıram.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
O qeyd edib ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak vasitəsilə Azərbaycan, Ermənistan və Ukrayna mövzuları ətrafında Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının fikirlərini öyrənir.
“Məsələn, mən Toma zəng vurub soruşuram ki, İbrahimin bu mövzu haqqında fikri nədir? Bunun kimi çoxlu misal çəkə bilərəm. Bu cür təmaslar saxlamaq mənə Tramp administrasiyası tərəfindən tövsiyə olunur”, - Uitkoff bildirib.
Digər Xəbərlər

Türkiyədə zəlzələ oldu

Ruslar niyə özlərindən razıdırlar?

Tramp BMT-yə şikayət etdi

Ukrayna Suriya ilə barışdı

“Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb”

KİV: İsrail Mahmud Abbasa sanksiya tətbiq etməyi düşünür

Ərdoğanın Makronla zarafatı gündəm oldu - VİDEO
