Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu

Sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.
Adalet.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb. Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.
Digər Xəbərlər

Bakıdan evlərdən 12 min manatlıq qızıl oğurlanıb

Zərdabda əməliyyat - İki nəfər tutuldu

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs olundu

Göyçayda qadına qarşı quldurluq etdi, Rusiyaya qaçdı - VİDEO

DİN əməliyyat keçirib, 30 kq narkotik aşkarlanıb - VİDEO

Xaçmazda məktəbdə qəpik üstündə bıçaqlanma

İrandan Azərbaycana 13 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
