adalet.az header logo
  • Bakı -°C
28 Yanvar 2026 09:21
95
DÜNYA
A- A+

Ərdoğanla Trampın telefon danışığı oldu - Müzakirə edilən məsələlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. 

Adalet.az xəbər verir ki, liderlər telefon danışığı zamanı aşağıdakı məsələləri müzakirə ediblər:

🔹 Söhbət Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyadakı son vəziyyət, Qəzza Sülh Komitəsinin işi, ticarət əlaqələri, xüsusən də müdafiə sənayesində, regional və qlobal inkişafları əhatə edib.

🔹 Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın yaxşılaşdırılması üçün addımlar atmağa davam edəcəklərini bildirib.

🔹 O, bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin ortaq maraqlarına uyğun olduğunu bildirib.

🔹 Ərdoğan Türkiyənin qonşu Suriyada atəşkəs və inteqrasiya sazişinin tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

🔹 O, ABŞ və Suriya hökuməti ilə koordinasiyalı şəkildə prosesi yaxından izlədiklərini bildirib.

🔹 Türkiyə dövlət başçısı Qəzza Sülh Komitəsinə işində uğurlar arzulayıb.

🔹Ərdoğan Qəzzada humanitar fəlakətin sona çatması və Qəzzanın yenidən qurulmasının regionda davamlı sülhün yolunu açacağına inandığını bildirib.