Erməni deputat:"Əmim Sarkis Qalstyanın Xankəndinin komendantı olması ..."
jpg-1696423608.jpg)
Xəbər verdiyimiz kimi, əvvəllər Şuşadakı “Avan Plaza” otelinin ("Qarabağ" oteli) direktoru, 90-cı illərdə isə ictimai diplomatiyanı təbliğ edən və Bakıya tez-tez gələn fəal Sarkis Qalstyan müvəqqəti olaraq Azərbaycanın bələdiyyə orqanı kimi fəaliyyət göstərən Xankəndinin komendantı təyin edilib. Bu barədə Ermənistan mediası durmadan xəbər paylaşır.
O da məlumdur ki, Qalstyan “Ardarutyun” (qondarma "DQR"-də) fraksiyasının deputatı David Qalstyanın əmisidir.
Media xatırladır ki, 44 günlük müharibədən sonra internetdə “Avan Plaza”nın əməkdaşının azərbaycanlı olduğunu, lakin 13 ildir Qarabağda yaşadığını bildirən videolar yayılıb.
Qondarma deputat Davit Qalstyan əmisi Sarkis Qalstyanın yayılan məlumatı təkzib edib.
“Məndə olan məlumata görə, belə bir şey yoxdur. Sarkis Qalstyan və həyat yoldaşı, eləcə də bəzi ermənilər Xankəndidədir. Pisliyi bacaran dillər belə məlumatları yayır. Sarkis Qalstyanın nə ilə məşğul olduğu barədə faktlar tezliklə üzə çıxacaq. Mən Sarkis Qalstyan üçün qərar verə bilmərəm və ya onun qərarına təsir edə bilmərəm. Övladları İrəvandadır və bu gün kiminsə haqqı yoxdur ki, əsassız iddialarla Sarkis Qalstyanın ailəsini hədəfə alsın, Sadəcə, deməyə söz tapa bilmirəm”, -deyə Qalstyan bildirib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Şuşada dördüncü yaşayış kompleksinin təməli qoyulub

Prezident və birinci xanım Daşaltı kənd məscidinin açılışında iştirak ediblər

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - YENİLƏNİB + FOTOLAR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
