Erməni deputat Qərbi Azərbaycanlılarla, Qarabağı könüllü tərk edənlərin fərqini hələ də anlamayıb
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə ediyi fikir erməniləri yaman əsəbləşdirib.
Adalet.az xəbər verir ki, əsəbləşənlərin içərisində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan da var. Jurnalistlərə müraciət edən Xaçatryan deyib ki, Azərbaycanlıların qayıtması məsələsi gündəmdə olduğu halda hakimiyyət artsaxlıların geri qayıtması barədə heç nə demir:” Biz dövlət orqanlarına Qarabağ erməniləriinin geri qayıtmaq hüququ ilə bağlı sual verəndə deyirlər ki, bu məsələ o üsulla bizim üçün əlçatmaz deyil.”Bu mövzuda sizin siyasi iradəniz nədən ibarətdir”- deyə soruşduqda onlar deyirlər ki, bunu nə biz, nə də xalq, nə təsdiq edir, nə də təsdiqləyir.
Amma etiraf edirlər ki, bu məsələ gündəmdədir, çünki o məsələni qaldırsaq, Əliyev əks məsələ qaldıracaq. Bax , beləcə, ermənilərin Qarabağa qaytarmaqla bağlı məsələyə belə haqq qazandırıblar”.
“Mülki Müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan isə əvvəlki çıxışlarında olduğu kimi yenə də vurğulayıb ki, Qarabağdan köçkün düşmüş ermənilərin hazırda sülh yolu ilə geri qayıtmaq perspektivi yoxdur.
Artur Hovhannisyan onu da qeyd edib ki, hakimiyyət Qarabağdan gələn məcburi köçkünlərin problemlərini həll etməyə çalışır ki, onlar Ermənistanın həyatına tam inteqrasiya etsinlər.
Xatırladaq ki, millət vəkili F.Mustafa bildirmişdi ki, ermənilər Qarabağa geri dönüşlə bağlı Azərbaycana təzyiq göstərmək istəyirlər:” Ermənilərin bu istəyi təmin edilərsə, mütləq qarşılıqlı şərtləri olmalıdır.
“Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır. Beynəlxalq platformalarda bu alternativ şərtlər qaldırılmalıdır”.
P.S. Bu parabeyin Xaçaturyan hələ də anlamaq istəmir ki, Qarabağ Azərbaycanın bir parçasıdır və Azərbaycana məxsusdur. Oranı tərk edən erməni əgər terrorçuluq və separatçılıqla məşğul olmayıbsa yenidən gəlib orada Azərbaycan vətəndaşı kimi məskunlaşa bilər. 1988-1989-cu iilərdə Ermənistandan deortasiya etdikləri azərbaycanlılar da Ermənistanın qanuni vətəndaşlarıdır. Evlərinə dönmək hüquqları var. Əməllərində nə terrorçuluq, nə də separatçılıq var. Uzun sözün qısası, fərqli fərqli situasiyalar eyni gözlə baxmaq olmaz!
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Yanvar 2026 17:32
Prezident Davosda Odile Reno-Basso ilə görüşdü - FOTO
20 Yanvar 2026 17:06
"Bu mükafatı almaq mənim üçün böyük şərəfdir" - İlham Əliyev
20 Yanvar 2026 17:05
Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - Səfir
20 Yanvar 2026 17:00
Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur - Prezident
20 Yanvar 2026 16:46
Avropa Parlamenti və Avropa Şurası ilə istənilən əməkdaşlığı dayandırmışıq - İlham Əliyev
20 Yanvar 2026 16:18
İranda baş verən proseslərə İlham Əliyevdən münasibət
20 Yanvar 2026 15:10
Azərbaycan Ukraynaya 1 milyon dollarlıq humanitar yardım göndərdi
20 Yanvar 2026 14:24


Bakı -°C

