Erməni ekspert: "Bu təlim Azərbaycana hədələyici bir mesajdır"
Hazırda İranın Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirməsi, hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak etməsi təlim bitdikdən sonra da ermənilərin ən çox müzakirə etdikləri mövzulardan biri olaraq qalır.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliulla Mani İran və Ermənistan arasında sərhədyanı bölgədə keçirilən hərbi təlimlərin təhlükəsiz olduğunu desə də, ermənilər bu təlimi özlərinə sərf etdiyi şəkildə görürlər.
Adalet.az xəbər verir ki, hərbi ekspert Karen Hovhannisyan bir erməni olaraq məsələyə reaksiyasız qalmayıb. Hərbi ekspert əvvəlcə bu hərbi təlimə istinad edərək bildirib ki, Ermənistan tərəfi beynəlxalq tərəfdaşlarla diplomatik işləyə bilib ki, Ermənistanın sanksiyalar altında olan İranla keçirdiyi hərbi təlimlər sanksiyalara məruz qalmasın:”Burada çox vacib bir məsələ odur ki, birgə təlim keçirilən İran sanksiyalar altındadır. Amma belə olmasına baxmayaraq İran bundan əvvəl də Azərbaycanla birgə hərbi təlimlər keçirib. Elə isə Ermənistanla hərbi təlim keçirməyə nə mane olur? Və biz İranla hərbi təlimlər keçirmək məsələsini qaldıra bildik. Azərbaycanla birgə hərbi təlimlər keçirilirsə, niyə Ermənistanla birgə təlimlər keçirmək mümkün olmasın?Hesab edirəm ki, İranın atdığı addım, Azərbaycanla, eyni kontekstdədir və hər kəs öz ərazisinin təhlükəsizliyi üçün təlimə qatılır. Əlbəttə ki, Bu o demək deyil ki, vəziyyət gərginləşib, ona görə də hərbi təlimlər keçirilir. Deməli, belə lazımdır! “
Hovhannisyan Ermənistanda keçirilən hərbi təlimlərin məqsədinə də toxunub:”Bu təlimlər, daha çox qabaqlayıcı xarakter daşıyır, Ermənistan Respublikası və İran İslam Respublikasının nəzarət-buraxılış məntəqələrinə hər hansı silahlı hücumun, terror aktının qarşısının alınmasına xidmət Hesab edirəm ki, bu, həm də Azərbaycana ünvanlanmış çox mühüm mesajdır, eyni zamanda çəkindirici (hədələyici) bir mesajdır"-deyə erməni ekspert bildirib.
Qeyd edək ki, ötən gün erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov bu təlimlərin Azərbaycana qarşı olduğunu bildirmişdi:“Ermənistan Qərbin, xüsusən də ABŞ-ın müqaviməti ilə üzləşə bilərdi, İran üçün isə bu cür genişmiqyaslı manevrlər Türkiyə və Azərbaycanın cavab tədbirləri, regional eskalasiya spiralının daha da sərtləşməsi demək olardı”.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Oktyabr 2026 20:03
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə iclası keçirildi
27 Oktyabr 2026 17:16
"Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər"
27 Oktyabr 2026 17:00
Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü - YENİLƏNİB + FOTOLAR
27 Oktyabr 2026 16:36
ADY yeni qatarlar alır - Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək
27 Oktyabr 2026 16:20
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi
27 Oktyabr 2026 16:16
Emin Hüseynov: Xocəvəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
27 Oktyabr 2026 16:09
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
27 Oktyabr 2026 16:04


Bakı -°C

