23 May 2024 14:15
503
GÜNDƏM

Erməni jurnalist yenə "səsini atdı başına":"Tavuşda "artsax" ssenarisi..."

Bir erməni jurnalist var , “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan. O qədər şüvənçi, qaraqışqırıqçı, yalançı...

Yox yerdən elə bir çığır-bağır salsın ki, sanki “xalq artist” adına layiq bir aktyordur.

Yəni, jurnalist olaraq dünyanın jurnalistlərini tanımağa başladıqca, qonşumuz ermənilərin də jurnalist nümayəndələrini də tanımaq imkanımız oldu. Adamın üstündə Allahı var, bəzən çox savadlı, ictimai, siyasi, hərbi situasiyaları ekspertlər qədər hər tərəfli analiz etməyi bacaran erməni jurnalistləi də tanıdıq Təəssüf ki, bütün hallarda , bütün savadlı, savadsız, ağıllı, ağılsız erməniləri birləşdirən bir amil var o da türk düşmənçiliyi.

Bu nöqtədə heç bir erməni əks münasibətdə ola bilməz və olmayıb. Amma bu jurnalist Aram Abramyan hər şeyin kvadratıdır. Bunda tük düşmənçiliyi də, "özəl millət" millətçiliyi, "qəhrəman xalq" eqosu, "dənizdən dənizə" xülyası başqalarına nisbətdə daha yüksəkdir. Təsəvvür edin, ötən ilin elə may ayı idi və bu Aram səsin atmışdı başına. Deyirdi ki, əli silah tutan silahı qapıb Qarabağa hücum etməlidir: “Bu vəziyyəti təsəvvür edin: 680 min insan 120 min insanın taleyi ilə maraqlanmır, həmvətənlərinin öldürülə biləcəyindən və ya qovulmasından xüsusilə narahatlıq keçirmir. İnsanların əksəriyyəti həyatı və rifahının daha vacib olduğunu düşünür”.


O qədər Qarabağdakı ermənilərdən narahatçılığını büruzə verdi, o qədər dedi, dedi, axırda Azərbaycan Aramı sakitləşdirmək üçün Qarabağdakı bütün erməniləri Ermənistana getməsini təşkil elədi. Aram da xoşbəxt oldu, Qarabağdan Ermənistana üz tutan ermənilər də.
Bu gün erməni saytlarına baxıram ki, Aram yenə fəallaşıb, yenə həyəcan təbili çalır. Gah başına döyür, gah saçın yolur ki, Tavuşda "artsax" ssenarisi təkrarlanır. Yəni ermənilər ərazidən köçürülür.

Yazır: "Milli Assambleyanın spikeri Alen Simonyan bəyan edir ki, 2026-cı il parlament seçkilərində Vətəndaş müqaviləsi partiyası (Paşinyanın partiyası) Kirantsda böyük fərqlə qalib gələcək. Mənə elə gəlir ki, olacaq. İşlər getdiyi kimi davam edərsə, iki ildən sonra o kənddə ancaq getməyə yeri olmayan insanlar qalacaq. O evləri azərbaycanlılara vermək üçün bir tərəfdən də “qırmızı” və “qara” berelilər evlərdəkiləri döyəcək”.
İndi gəl bu faşist Njdenin tökdüklərini bir-bir dənləmiş quşbeyinə başa sal ki, nə “artsax” adı qoyduğun Qarabağ, nə də Tavuş elədiyin Göyçə Basarkeçər sənin Hindistanda çürümüş babalarından qalmayıb. O torpaqlar tər-təmiz oğuz türklərinin qədim yurdudur. Başqasının torpağını işğal edəndə düşünmürdünüz ki, torpaq yiyəsi bir gün peyda olacaq?

 Əntiqə Rəşid