adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2024 12:58
594
GÜNDƏM

Erməni lobbisinin danışdırdığı "şərçi": Moskva metrosunu kim partlatdı Solovyov?

Rusiyanın tanınmış ermənipərəst aparıcısı, Rusiyanın siyasi ideologiyasının aparıcı təbliğatçılarından sayılan Vladimir Solovyov bütün zamanlarda Azərbaycana qarşı nifrəti ilə seçilib.

Çox da keçmişləri qurdalamıram, yaxın zamanlarda olan bir əhvalatı oxucularıma xatırladıram: Deməli, 2022-ci ilin iyunun 28-də Vladimir Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı verilişdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki o vaxt separatçı rejimin nümayəndəsi olan David Babayanı "Artsaxın xarici işlər naziri" kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi.

Sonra "Solovyov Live" Youtube kanalında Vladimir Solovyov Azərbaycandan üzr istəmək adı ilə ölkəmizə qarşı daha bir təxribata yol verdi. O, erməni separatçı ilə bərabər efirdə Azərbaycan tərəfinə də yer verməli olduğunu, amma bunu etməməsinə görə Azərbaycandan üzr istəyib. Əslində bu üzür deyil, işlətdiyi qəbahətdəndə böyük qəbahət oldu. Təbii ki, rəsmi orqanlar Rusiyanın ideoloqu olan bu aparıcıya etiraz etdikdən sonra həqiqətən Azərbaycandan üzr istədi.

Xeyri yoxdu, dəfələrlə Azərbaycanda olmasına, hörmətlə qarşılanmasına baxmayaraq nifrəti zərrə qədər də azalmayıb. Əksinə artıb, kükrəyib.
Uzun sözün qısası, Solovyov özünü bildi-biləli Rusiyadakı erməni lobbisinin əlində oyuncaq olub, Azərbaycanın əleyhinə söz deyərək " qızıl qırıb" , "varidat toplayıb".

 

Solovyovun baxış bucağı:" Zərərçəkmiş azərbaycanlı, günahkar azərbaycanlı" 

Hamınıza məlumdur ki, martın 22-də Rusiya Federasiyasının Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı çoxsaylı insanın həlak olması, xəsarət alması ilə nəticələnib.

Martın 24-ü Rusiyada Ümumxalq Hüzn Günü elan edildi. Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədi və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəklədi.
Bilirsiniz, terror törədilən yer- “Krokus Siti Hol” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur və qətliam da burada törədilib, zərərçəkənlərin də böyük hissəsi azərbaycanlılardır.
Amma Solovyov xalqının bu matəmli günlərindən də "xeyir, nəf" götürmək, "varidat qazanmaq" eşqi ilə yenidən qollarını çırmaladı. O , ciddi -cəhdlə terrorda Azərbaycanı hədəf almaq, Azərbaycanla əlaqələndirmək yönümlü informasiya təxribatı bizi təəccübləndirmədi. Böyük pulların, "böyük qüdrəti"ndən xəbərimiz vardı. Solovyov “Sputnik” agentliyinin rəhbəri Marqarita Simonyandan daha çox erməni çıxaraq rus xalqını bu həssas dönəmdə xalqımıza qarşı nifrətlə doldurmağa çalışdılar.
Düzdür, Londonda yaşayan tanınmış rusiyalı jurnalist Oleq Kaşin dəhşətli terror aktını erməni silahlıların törədə biləcəyini istisna etməyib. Kaşin bildirib ki, hər kəs ermənilərin 70-ci illərin sonunda Moskvada metroda reallaşdırdıqları terror aktını xatırlayır. Eyni zamanda, o, “Krokus Siti Holl”un azərbaycanlıya məxsus olduğunu və buna görə də ermənilərin hücum edə bilmək ehtimalını irəli sürüb.
Əlbəttəki, Kaşin Simonyandan da, Solovyovdan da daha haqlıdır, çünki, terror aktı zamanı baş verən yanğın nəticəsində Müslüm Maqomayevin muzeyi də yandı.

İstintaqdan da operativ Solovyov - 1977-ci ilin qanlı terrorunu unudub

Xəbərlərdən izlədiyimiz kimi, 11 nəfər şübhəli şəxs saxlanıldı və onların heç bir azərbaycanlı deyildi. Hətta Rusiya Prezidenti Vladimir Putin keçirdiyi iclasda terrorun arxasında ABŞ və Böyük Britaniyanın dayandığına eyham vurub.
Hazırda istintaq gedir, Solovyovun istintaqdan daha "gözüaçıq" olması, "günahkar" tapması Rusiyadakı erməni milyarderlərindən "böyük pullar" qazanmaq eşqindən olduğu heç kəsə gizli deyil.
Yenə də xatırladaq: ermənilər terror aktını, Sovet İttifaqının ən qüdrətli olduğu illərdə həyata keçirməyi bacarıblar. 1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin "İzmaylovskaya" və “Pervomayskaya” metro stansiyaları arasında vaqonda törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr" (indiki Nikolskaya) küçəsində yerləşən 5 saylı mağazada terror aktları həyata keçiriblər.

Daşnak Zatikyan, Stepanyan və Baqdasaryanın törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət sonra terror hadisəsini törədənlər SSRİ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Onların cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanılıb. 1979-cu ildə məhkəmə ermənilər barəsində ölüm hökmü çıxarıb və hər üçü güllələnib.

Uzun illər sonra terrorçu Zatikyanın məhkəmədə çıxışından bir neçə məqam ictimaiyyətə məlum olub. Zatikyan məhkəmə zamanı bu sözləri deyib: “Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!"
Onu da xatırladaq ki, hazırda Sovolyovu "yemləyən" erməni milyonçular hələ də "böyük pullar" hesabına 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdə saxlayır. Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 2017-ci ildə cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlamışdı. O düşünürdü ki, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək.
Təəssüf ki, həmin petisiya da böyük qüvvələrin əlindən təsirsiz qaldı.

Əntiqə Rəşid