Prezidentlər Bülbülün ev-muzeyində - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar.
Adalet.az xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verdi. Bildirdi ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.
Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi burada saxlanılır.
Digər Xəbərlər
23 Iyun 2026 15:23
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTOLAR
23 Iyun 2026 14:56
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu
23 Iyun 2026 13:56
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış oldular - FOTOLAR
23 Iyun 2026 13:48
Ekspert: “Çimərliyi yarış meydançasına çevirmək olmaz”
23 Iyun 2026 13:37
Şuşa məscidində tikinti işləri ilə tanış oldular - FOTOLAR
23 Iyun 2026 12:40
Prezidentlər Şuşada uşaqlarla görüşdülər - VİDEO
23 Iyun 2026 12:38
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdiriləcək
23 Iyun 2026 11:48


Bakı -°C

