16 Yanvar 2023 14:54
943
ŞOU-BİZNES

 Erməni müğənni Roza Linn  ABŞ konsertində "hoqqa" çıxartdı - FOTOLAR

İtaliyanın Turin şəhərində keçirilən “2022 Avroviziya Mahnı Müsabiqəsi”ndə Ermənistanı təmsil edən Roza Kostandyan “Sarp” (Şaqqıldat) mahnısı ilə özünü dünyaya sırıya bildi.

Ölkəsində müğənni, mahnı bəstəçisi və prodüsser kimi tanınan Roza musiqi dünyasına Linn soyadı ilə daxil oldu. Lin peşəkar musiqi karyerasına erməni əsilli amerikalı müğənni-bəstəkar Tamara Kaprelyanın əsasını qoyduğu amerikan “rekord leybl Nvak Collective” ilə davam etdirir
Adalet.az xəbər verir ki, digər erməni əsilli dünya ulduzlarından seçilməyən Roza linn yanvarın 14-də Los-Ancelesdə konserti olub.

O, əlində Ermənistanın bayrağını tutaraq hitə çevrilən “Snap” mahnısını ifa edib. Linnin əynində üzərində “Stop blockade” və “Artsax” yazıları olan pencək olub.

Qeyd edək ki,  Roza 2000-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunda anadan olub. Ermənilər Qarakilsənin adını dəyişərək  Vanadzor ediblər.

 P.S. Əminik ki, beyni "Böyük Ermənistan" xülyası ilə azara düşmüş dünya ulduzları Kim Kardaşyan, Şer Sarkisyan getdiyi yolu, Roza Linn addım addım davam etdirəcək.

 Allah sizə şəfa versin... 

Əntiqə Rəşid