Erməni ordusunda intihar edən əsgərlər: Qeyri-peşəkar baş qərargah rəisi
jpg-1728889547.jpg)
Ermənistan ordusunda intiharlar dayanmır.
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, ötən gün əsgər ölümü ilə bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bu günkü məlumatda bildirilir ki, səhər saat 09:30 radələrində güllə yarası ilə meyiti aşkarlanan Aqasi Seroja oğlu Dallakyan Mehridəki hərbi hissədə xidmət edib
9 ay əvvəl Şirak rayonunun Basen kəndindən hərbi xidmətə gələn bu əsgər evin böyük oğlu olub, kiçik qardaşı isə məktəbli imiş. Bu məlumatı isə kəndin yerli icra nümayəndəsi Hayk Mnatsyan mediaya xəbər verir.
Məlumatlara görə, əsgərin intihar etdiyi deyilir.
Qeyd edək ki, Bu il, fevralın 24-də saat 17:55 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Danieli Zakaryan naməlum şəraitdə (ilkin məlumatlara görə, güllə yarası nəticəsində) həlak olub.
Martın 8-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Andranik Karoi Ohanyanın meyiti tapılıb.
Sentyabrın 2-də saat 10:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağının döyüş mövqeyində hərbçi Edqar Aleksanyanın çənə nahiyəsindən güllə yarası ilə meyiti aşkar edilib.
Oktyabrın 6-da saat 10:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vahe Baqratoğlu Arutyunyanın güllə yarası ilə meyiti tapılıb.
Gördüyünüz kimi, kiçicik bir araşdırmadan da məlum olur ki, Ermənistan ordusunda müəmmalı ölümlərin sayı durmadan artır.
Xatırladaq ki, politoloq Stepan Danielyan Mehridəki hərbi hissədə əsgərin intihar etməsi ilə bağlı sosial şəbəkə paylaşımında Ermənistan Silahlı Qüvvələrinin baş Qərargah rəisinin qeyri-peşəkar olduğuna eyham vurub.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 










