"Erməni silahlı qüvvələri Qarabağdan hələ də tam çıxarılmayıb” - Prezident

“Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası”.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.
Dövlət başçısı deyib ki, Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi: “Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”.
Digər Xəbərlər

Ərdoğan Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

Ersin Tatar: Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir

Birlik, sülh və əməkdaşlıq

Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir

Xankəndi ZİRVƏ görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır
