30 Sentyabr 2023 14:20
827
GÜNDƏM

Ermənilər niyə təəccüblənir? - Qərbi Azərbaycanlılar da,  8 anklav da geri qayıtmalıdır də!

Hamımıza, o cünlədən dünyaya da aydındır ki, ermənilərin yurdumuzda gəlmə olduqlarını bildiklərindən yaranmış kompleksdən, beyinlərini gəmirən ədavət, kin, paxıllıq hissləri ruhlarında özünə əbədi məskən salıb. Bu hal heç vaxt dəyişməyəcək!


1828-ci ildən bu günə qədər rusların əli ilə Qafqaza, oradanda Qarabağa köçürülən ermənilərin əməlləri buna sübutdur. Əllərinə fürsət düşdükcə İşğalçılıq, faciə, soyqırım, deportasiya kimi insanlığa yaraşmayan əməllər həyata keçirməsi Azərbaycan və azərbaycanlılar üçün təəccüblü hal deyil.

Bilirsiniz ki, 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.
Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi.

Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi. Bu, tarix boyu qul olaraq yaşamış ermənilərin bütün insanlıqdan intiqam alması idi.
Rəsmi məlumatlara görə, 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.


Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Bu yaşayış məntəqələrinin adı və bu məntəqələrin demoqrafik göstəriciləri indiyə kimi heç bir mənbədə tam şəkildə verilməyib.
Həmçinin 1988–1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən soydaşlarımızın kolxozlarda olan illik əmək haqları da ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməmiş, məcbur olub öz geniş bağ-bağçalarını, xüsusi evlərini Azərbaycanda dövlət binasında yaşayan ermənilərin 2–3 otaqlı mənzilləri ilə dəyişməli olmuşlar.


Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində torlanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard ABŞ dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.
Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir.
1988-ci ilə kimi qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbristanlıqlarla yanaşı çox vaxt iki, üç, hətta 4–5 köhnə və qədim qəbristanlıq vardı) erməni tapdağı altında qaldı və həmin qəbristanlıqların əksəriyyəti yer üzündən silinib. Bəzilərinin yerində rark salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Qədim Urud qəbristanlığının izini itirmək üçün üzərinə 2 metr hündürlüyündə torpaq verilib, həmin ərazi illər ötdükcə kol-kos sahəsinə çevrilib…"


Bəs təəccüb etdiyimiz nədir? Erməni jurnalist Davit Sərkisyanın sosial şəbəkə hesabında həyəcanla dediyi kəlimələr! "168 saat" saytının müxbiriSarkisyan deyib ki, on minlərlə azərbaycanlı Ermənistanda ( Qərbi Azərbaycanda -red Ə.R) yerləşdiriləcək: “Bir neçə aydan sonra on minlərlə azərbaycanlını Ermənistanda görməyə hazır olun. Hazırda azərbaycanlıların ölkəmizdə məskunlaşması ilə bağlı danışıqlar aparılır”
Daha sonra jurnalist anklavların geri qaytarılmasına da aydınlıq gətirib: “Anklavların təhvil verilməsi ilə ölkə üç hissəyə bölünəcək, bir-biri ilə ünsiyyət kəsiləcək və ya ciddi çətinləşəcək. Ordunun azaldılması və silahsızlaşdırılması, təhsil sisteminin yenidən baxılması, faktiki aradan qaldırılması, Diasporla kommunikasiyaların tamamilə dayandırılması ilə bağlı son tələblər də var.
Beləcə Ermənistanın mövcudluğu təhlükə altındadır”.
Hə,  gələk bizi “təəccübləndirəcək " nüansa. Biz Azərbaycan olaraq, 1988-89-cu illərdə Ermənistan ərazisindən məcburən didərgin salınan azərbaycanlıları geri qaytaracağıq, o yurd onlarındır.
İkinci məsələ :Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qazaxın 7 yaşayış məntəqəsi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli kəndləri Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır .Bildirək ki, həmin kəndlər SSRİ dövründə aparılan qeyri-qanuni delimitasiya işləri zamanı Azərbaycanın əsas hissəsindən ayrı salınıb. Həmin 7 kənd 1990-92-ci illərdə Ermənistan ordusu tərəfindən işğal edilib.


Bax indi məni və bütün azərbaycanlıları təəccübləndirən, erməni jurnalist Davit Sarkisyanın simasında bütün ermənilərin təəccübü və heyrətidir.

 P.S. Elə təəccüblənirlər, elə bil olmayan bir şey deyirik!

 Əntiqə Rəşid