Ermənilər ölkəni qoyub qaçır: Savaş qorxusu, işsizlik problemi...
Hər il ölkəni tərk edən və geri dönməyənlərin sayı durmadan artır.
Xüsusən , 2020-ci ildə 44 günlük müharibədən sonra xaricə gedənlər geri qayıtmır. Təkcə 2020-ci ildə ölkəni tərk edənlərin sayı 42 min 786 nəfər olub. Eləcə də 2023-cü ildə 36 min 512 erməni ölkədən gedib.
Bu ilin fevralında Ermənistandan əhalinin xaricə axını ilə bağlı ciddi rəqəmlər də bunu təsdiq edirdi. Məlumatda deyilir ki, son 3 ildə isə turist adı Ermənistanı tərk edən və bir daha geri qayıtmayanların sayı 138 min 24 nəfərdir.
Ermənistanın hər 1000 nəfərinin 40 faizindən çoxu ölkəni daimi olaraq tərk etməsinin ilkin səbəbi işsizlik kimi göstərilsədə erməni mediasında müharibənin yenidən başlayacağının və gənclərin orduya cəlb ediləcəyindən çəkinən ermənilər daha sürətlə Ermənistanı tərk edir.
Adalet.az xəbər verir ki, Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan bununla bağlı həyəcan siqnalı çalıb:"Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq".
Sərkisyan bildirib ki, ötən il Ermənistanı 48 min insan tərk edib və geri qayıtmayıb:”Buna səbəb doğum səviyyəsinin aşağı olması, Qarabağdakı müharibənin nəticələri, eyni zamanda işsizlik problemi təsir göstərib”.
Qeyd edək ki, sosial araşdırmaçı institutların sözlərinə görə , Ermənistan müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində 1 milyon 200 min nəfər ölkə ərazisini tərk edib. Bu, əhalinin 33 faizini təşkil edir. Maraqlıdır ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əməkqabiliyyəti olan şəxslər üstünlük təşkil edir. Bu isə erməni dövlətinin həm gənc nəslin azalmasına, həm əməkqabiliyyətli şəxslərin ölkəni tərk etməsinə, həm də təbii artıma mənfi şəkildə təsir etməsi ilə təhlükə yaradır.
Əntiqə Rəşid