adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Noyabr 2020 16:00
86955
HADİSƏ

Ermənilər Tərtərin Əskipara kəndini artilleriya atəşinə tutdu, 20 ev tam dağıldı - FOTO

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Əksipara kəndini intensiv artilleriya atəşinə tutub.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, atəş nəticəsində kənddə 20 ev tam dağılıb, 80-dən artıq evə ciddi ziyan dəyib. Kənd sakini Çingiz Rüstəmova məxsus fərdi yaşayış evinə 10 top mərmisi düşüb. Tikili tam olaraq dağılıb.