22 Iyul 2024 12:38
142
GÜNDƏM

Ermənilər yenə "erməni lavaşı" festivalı keçirdi:FOTOLAR

Bildiyiniz kimi, 2016-cı ildə isə lavaş, (yufka, katırma) Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və İranın ortaq mirası kimi UNESCO-nun siyahısına daxil edilib Bundan başqa, mənbələr göstərir ki, XX əsrin əvvələrinə qədər çap olunan  erməni lüğətlərinin heç birində lavaş sözünə rast gəlinmir.

Sovet türkoloqu Sevortyanın rəhbərliyi altında İrəvanda çap olunan “Türk dillərinin etimoloji lüğəti” kitabında lavaş türk mənşəli söz kimi göstərilir. Erməni türkoloq bu sözün Şərq dünyasında türklər vasitəsi ilə yayıldığını yazıb.
Amma görünən odur ki, erməni erməniliyindən , yəni başqasının malına sahiblənmək hissindən , oğurluğundan əl çəkən deyil.
Adalet.az xəbər verir ki, Ermənistanın Şirak qubernatorunun müavini Anna Martikyan Axuryan icmasının rəhbəri Zaven Manukyanla birlikdə hökümətin dəstəyi ilə “Ardin” Təhsil, Mədəniyyət və Turizmin İnkişafı Fondunun təşkilatçılığı ilə Arevik qəsəbəsində “Lavaşın sehri” adlı çörək festivalı keçirib. Festivala Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi də qatılıb.


Festivala proqram zamanı yaradılan ipək yaylıqların sərgisi də olub. Daha sonra “Lavaş: “birlik və qüdrət rəmzi” mövzusunda açıq səma altında rəsm sərgisinin açılışı olub. 


Qeyd edək ki, tarixçilərin qənaətinə görə, lavaşın 6 min ildən çox yaşı var. “Lavaş” sözü Türküstan və Volqaboyundan Balkanlara qədər bütün Türk dilləri və ləhcələrində geniş yayılıb.
Lavaşa bəzi bölgələrdə yuxa, yayma, fətir və nazik çörək də deyilir. “Kitabi Dədəd Qorqud” dastanında isə “Bozlamac” adlandırılır. Qədim tarixi olan lavaş sac üzərində bişirilir.
Qazax rayonunda e.ə.II minilliyə aid daş saclar, Quba, Xaçmaz və digər Azərbaycan ərazilərində isə gil saclar tapılıb. Bu isə hələ 4 min il əvvəl Azərbaycan ərazisində sac üstündə lavaş bişirildiyini sübut edir.
Mahmud Kaşğarinin “Divanü Lüğat-İ-Türk” kitabında, Nizaminin, Məhsətinin, Xaqaninin əsərlərində və Yusif Balasaqunlunun “Qutadqu-Bilik” kitabında “Nazik çörək” adlandırılır. XVII əsrdə Şamaxıda qonaq olan Almaniyalı şərqşünas və səyyah adam Oleari lavaş haqqında məlumat verib və onu “yuxa” adlandırıb. Aleksandr Dümanın “Qafqaz səfəri”ndə də “yuxa” haqqında məlumata rast gəlinir. Lavaş buğda unundan hazırlanır, uzunluğu 35-90 sm-dir. Bəzən bir qədər də böyük olur. Kürədə də lavaş bişirilir və dəyirmi formada olur.


P.S. Bəli, qaşına-qaşına çıxırlar ocaq başına...  “Erməni lavaşı” “TasteAtlas” kulinariya bələdçisinə görə dünyanın ən yaxşı 10 çörəyi siyahısında 9-cu yeri tutub. İlk onluğa həmçinin ənənəvi olaraq Fransa, İran, Çin, Türkiyə və s.-də hazırlanan çörək məhsulları daxildir.

Lavaş ona görə “ermənilərin” sayılıb ki, 2014-cü ildə UNESKO “erməni lavaşı”nın bişirilməsi və yeyilməsi ənənəsini bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etmək qərarına gəlib.

Həyasızların kökü kəsilsin, İLAHİ!

Əntiqə Rəşid