21 Yanvar 2025 17:40
248
MƏMLƏKƏT

Ermənilərdən yeni sayıqlama: "ABŞ-ın yeni vitse-prezidenti Civan Vanesyanın nəticəsidir"

Xəbər verdiyimiz kimi, ötən gün Vaşinqtonda - Kapitoli binasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vensin andiçmə mərasimi baş tutdu.


Adalet.az xəbər verir ki, JD Vance imzası ilə tanınan və hazırda ABŞ-ın 50-ci vitse-prezidenti olan Ceyms Devid Vens ermənilərin sevinməsinə səbəb olub.
Beləki, politoloq Armen Alaverdyanın sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda yazıb:“Tanış olun... Cey Vens, ABŞ-ın yeni seçilmiş vitse-prezidenti və bəlkə də gələcək prezidenti! Ata tərəfdən bilinməyən, lakin kökləri erməni olan.... ana tərəfdən...nənəsi tərəfindən böyüdü.
Həmin qadının babası Vandan mühacirət edib ABŞ-a köçmüş Civan Vanesyandır və onun şərəfinə nəvəsinin adını Civan Vanesyan qoyub”.

Təsəvvür edin , bu xəstə toplumun nümayəndəsi olan Armen Alaverdiyan iddia edir ki, 40 yaşlı vitse-prezident ana tərəfdən ermənidir. Vansın anası yox,  nənəsi yox, nənəsinin  babası mütləq erməni imiş . Adı da Civan, soyadı da Vanesyan... Görəsən belə məlumatları  bu xəstə "böyük ermənistan" xülyası  ilə yazılan kitabın neçənci səhifəsindən götürüb?

 Əslində Ceyms Devid Vens kimdir?

Amma Armen Alaverdiyanın iddiası üzrə Devid Vens vikipedik məlumatlarında belə bir müddəaya rastlanmayıb. Beləki, amerikalı siyasətçi, yazıçı, vəkil D. Vens 2 avqust 1984-cü ildə Midltonda (Ohayo) anadan olub.

Vens Tramp ABŞ Dəniz Piyadası
Dəniz Piyadaları veteranı və Respublikaçılar Partiyasının üzvü olan, 2023-2025-ci illərdə ABŞ Senatında Ohayo ştatını təmsil edən 40 yaşlı Vens şotland-irland əsillidir. Ona doğulanda Ceyms Devid Bouman adı verilib. Valideynləri o uşaq ikən boşanıblar. Bouman anasının üçüncü əri Bob Hamel tərəfindən övladlığa götürülüb.

Sonra anası Devidi qorumaq üçün onun atasının adını və soyadını doğum haqda kağızdan silərək adını James David Hamel olaraq dəyişdi. Buna görə də Vens uşaqlıq ləqəbini JD saxlayıb. Vens uşaqlığının yoxsulluq və zorakılıqlar içərisində keçdiyini, anasının isə narkomaniya düçar olduğunu etiraf edib. Bunun üçün bacısı Lindsi ilə, ana nənə və babaları, Ceyms və Bonnie Venslər tərəfindən böyüdülüblər.

featured-img

17 yaşında Vens ilk işinə yerli ərzaq mağazası olan Dillman Foods-da kassir kimi başladı. 2003-cü ildə Middletoun Liseyini bitirdikdən sonra ,Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusuna daxil oldu, burada 2-ci Dəniz Təyyarələri Qanadında hərbi jurnalist kimi xidmət etdi. Dörd illik hərbi xidməti zamanı o, 2005-ci ildə İraqa altı ay qeyri-döyüş rolunda göndərilib , məqalələr yazıb və fotoşəkillər çəkib. O, burda kapral rütbəsi qazandı və onun təltiflərinə Dəniz Qoşunlarının Yaxşı Davranış Medalı və Hərbi Dəniz Qüvvələri və Dəniz Qoşunlarının Nailiyyət Medalı daxildir.

Second lady Usha Vance and Vice President JD Vance with their three children at the Presidential Inauguration parade event in Washington, Monday.(AP)

2009-cu ildə Ohayo Dövlət Universitetin bitirib, siyasi elmlər və fəlsəfə ixtisasları üzrə İncəsənət Bakalavr dərəcəsi ilə  fərqlənmə dərəcəsi alıb.
Vens daha sonra Yale Hüquq Məktəbində oxudu , burada o, Kanada parlamentinin gələcək Mühafizəkar üzvü oldu.
Təhsil alarkən Vens Ohayoda respublikaçı senator Bob Şulerin, sonra isə senator Con Korninin yanında işləməyə başlayıb. 2013-cü ildə Vens Yel Universitetini bitirib və daha bir akademik dərəcə - hüquq elmləri doktoru dərəcəsi alıb. 2014-cü ildə qrup yoldaşı, hindistanlı mühacirlərin qızı Uşa Çilukuri ilə evlənib. Cütlüyün hazırda üç uşağı var. Doğularkən protestant olan bu gənc 2016-cı ilin sentyabrında katolikliyə keçib.
Elə həmin ildə Vens, tanınmış amerikalı iş adamı və investor Piter Tilə məxsus olan “Mithril Capital” firmasında işə düzəlib. Vens orada bir il işləyib, sonra Ohayoya qayıdıb və alkoqolizm, narkomaniya və digər asılılıqlardan əziyyət çəkən insanlara kömək etmək məqsədi daşıyan “Our Ohio Renewal” adlı qeyri-kommersiya təşkilatını təsis edib. Maliyyə çatışmazlığı səbəbindən o, cəmi iki ildən sonra təşkilatı bağlamaq məcburiyyətində qalıb

.(Getty Images)

2021-ci ilin iyulunda Respublikaçılar Partiyasının qurultaylarından birində Vens Ohayodan ABŞ Senatına namizəd olmaq planlarını açıqlayıb. Onun namizədliyini Donald Trampın özü dəstəkləyib, seçki kampaniyasının əsas sponsoru Vensin keçmiş rəhbəri, investor Peter Til olub və bu məqsədlər üçün 10 milyon dollar ayırıb və Vens senator seçilib.

Mediada yazılanlara inansaq 2016-cı ildə Vance keçmiş hüquq fakültəsində təhsil alarkən otaq yoldaşına şəxsi mesajında yazmışdı: “Mən Trampın Nikson kimi o qədər də pis olmayan (və hətta faydalı ola biləcək) rüsvayçı bir dəlik olduğunu düşünürəm. O, Amerikanın Hitleridir”.
Yəqin ki, vəzifə pillələrini qalxdıqca, dövlətdə istədiyi yolda irəliləmək üçün bu tip fikirlrindən imtina edərək Trampa daha yaxın olub.


Əntiqə Rəşid