"Ermənilik" azarına yoluxmuş rus: Qalina Starovoytovanın "qazanclı" türk düşmənçiliyi
35 illik Qarabağ münaqişəsi dövründə çox zaman bu yurdun qəhrəmanları, uğurlu əməliyyatları, düşməndən geri alınan torpaqları yazmaq təbii bir prosesdir. Yurdumuza, yurdumuzun dəyanətli, cəsur mübariz insanlarına yüksək ehtiramdır.
Əlbəttə ürək ağrısı ilə ilə içərimizdəki satqınları, xəyanətkarları ,ordumuzu tələyə salanları, qəsdən planlaşdırılıb uğursuzluğa düçar edilən döyüşləri, hərbi əməliyyatları da işıqlandırmağı unutmuruq. Amma bəzən uğursuzluqlarımıza kənardan təkan verənləri, dəstəkləyənləri unuduruq. Məsələn, yaxın keçmişimizdə ermənilərin mənafeyi xatirinə Azərbaycana qarşı hiddəti ermənidən də çox olan Qalina Starovoytova erməni separatçılarının və Azərbaycan torpaqlarının işğalı prosesinin dəstəkçisi və ideoloqlarından biri idi. Sizcə belə bir rusu unutmaq olarmı? Onu əməllərinə görə daim lənətləməyə dəyər.
Gəlin bu ermənidən daha çox erməni olan rusu yaxından tanıyaq: Qalina 17 may 1946-cı ildə Çelyabinskdə anadan olub . Məktəbi və universiteti Leninqradda bitirib . O, etnopsixologiya sahəsində ixtisaslaşır. 80-ci illərin ortalarında Moskvaya köçür və burada SSRİ Elmlər Akademiyasının Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunda işləyir .
O, tez-tez elmi ekspedisiyalara, o cümlədən Abxaziyaya və Dağlıq Qarabağa gedirdi . 1980-ci ildə tarix elmləri namizədi elmi dərəcəsi alır. Dissertasiyanın mövzusu etnik azlıqların öyrənilməsi ilə bağlı olur: ermənilər , tatarlar , estonlar .
Amma aldığı bilgiləri dünyanın işıqlanması üçün yox zülmət və qaranlıq, faciə və münaqişələr yolunda xərcləməyi üstün bilir . 1988-ci ildə Qalina Storovoitova Qorbaçova ünvanladığı məktubunda Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin tərəfdarı olduğunu bildirdi və bununla da o, Ermənistanın mövqeyini müdafiə edən , təbliğ edən, öz təbiri ilə dünyaya anlatmağa çalışan ilk rus kimi tanındı. Yəqin ki, Milli Qəhrəman Çingiz Mustafayevin ermənipərəst Qalina Starovoytovaya verdiyi cəsarətli sualı unutmamısınız: Ermənilər sizə necə ödəniş edirlər, dollarla ya qızılla?
SSRİ Baş Prokurorluğunun sabiq müstəntiqi Vladimir Kaliniçenkomediaya açıqlamasında deyirdi: Mən Azərbaycana və Ermənistana dəfələrlə səfər etmişəm. Məni dəhşətə gətirən yeganə şey ermənilərdə millətçiliyin açıq-aydın təzahürü olub, azərbaycanlılarda bunu hiss etmirdim.
1987-ci ildə Qorbaçov Zori Balayanın, Silva Kaputikyanın və onlara qoşulmuş Qalina Starovoytovanın da tərkibində olduğu erməni nümayəndə heyətini qəbul etmişdi. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini məhz həmin gün Qorbaçovun qarşısında qaldırmışdılar. Qeyd edim ki, Qorbaçov bu ideyanı dəstəkləmişdi”.
Bax, faciələr elə o gündən Azərbaycanı ağuşuna aldı.
Milli məclisin deputatı Elman Məmmədov xatırlayır:
“1991-ci ilin sentyabrın 20-də Boris Yeltsin Nursultan Nazarbayevlə birlikdə Azərbaycana gəldi.22 sentyabrda, saat 7-də vertolyotlarla Xocalı aeroportuna düşdük. Ordan da Xankəndiyə gedildi. Orada dedim ki, Boris Nikolayeviç, bundan bir qədər öncə, rəsmi söhbət zamanı rəhbərliklə razılaşdınız ki, Xankəndiyə gedəndə hamı, yəni siz və digər iştirakçılar üzərində Azərbaycan bayrağı olan binaya daxil olacaq. O bina Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin binasıdır, Azərbaycan bayrağı onun üzərində olmalıdır və görüş orda keçiriləcək. Dedi ki, hə. Dedim ancaq mən bilirəm ki, elə olmayacaq. Dedi, niyə olmayacaq?
Dedim, ona görə ki, üç gün bundan əvvəl Zori Balayan Qalina Starovoytova ilə birlikdə Yerevandan vertolyotla Xankəndiyə gəlib və sizinlə görüşün ssenarisi hazırlanır. Ssenari də belədir ki, ermənilər sizi Xankəndinin mərkəzində mitinqlə qarşılayacaq və mitinqə aparacaqlar.
Sizin o binaya daxil olmağınızaimkan verməyəcəklər.
Yeltsin hirsləndi ki, ola bilməz, sən nə danışırsan? Burbulisi çağırdı ki, öyrən gör Qalina hardadır? Burbulis də qırağa çəkildi, kiminləsə danışdı, ya danışmadı, gəldi dedi ki, Boris Nikolayeviç, Qalina Moskvadadır. Yeltsin mənə çox bərk hirsləndi, qışqırdı ki, görürsən, Qalina Moskvadadır.
Dedim ki, Qalina Xankəndidədir. Yeltsin yalan oldu, Mütəllibov məni ondan da bərk danladı ki, sən ağlına gələni danışırsan. Dedim ki, Ayaz müəllim, vallah, elədir. Sabah görəsəksiniz
Səhəri gün biz Xocalı aeroportunda düşüb maşınlarla Xankəndiyə doğru getməyə başladıq. Xankəndinin mərkəzində dairəvi park var, o parkın qırağı ilə yol gedib Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin və Vilayət İcraiyyə Komitəsinin binasına çıxırdı. O parka çata-çatda ermənilərdən ibarət böyük bir kütlə – təxminən 10-15 min nəfər maşınların qabağına çıxdı. Maşınlar dayandı, qapılar açıldı, Yeltsini düşürdülər, qucaqlarına qaldırdılar. Onu Vilayət Partiya Komitəsinin binası qarşısında – Lenin meydanında qurulmuş, xalça ilə bəzənmiş tribunaya çıxardılar. Yeltsin mikrofona yaxınlaşdı.
İlk sözü bilirsinizmi nə oldu?! “Doroqie armyanskie druzya! Ya s vami!!!” Bununla da məsələ bitdi”. (Səxavət Həmidin araşdırması)
Siyasi ekspert Elçin Mirzəbəyli də xatırladır ki, Boris Yeltsinin komandasında ermənilərlə azərbaycanlılar arasında nifrəti ən çox qızışdıran SSRİ Ali Sovetinin deputatı Qalina Starovoytova idi:
"O, separatçıların “Qarabağ” komitəsinə fəal köməklik göstərirdi. Starovoytova Qarabağa müstəqillik verilməsinin əsas tərəfdarlarından biri idi. Məşhur hüquq müdafiəçisi Svetlana Qanuşkina “Vlast” jurnalının səhifələrində xatırlayırdı ki, hələ 1980-ci illərin ortalarında paytaxt deputatlarının Qarabağa həsr olunan toplantılarının birində Starovoytova deyirdi ki, “xristianlıq demokrtaik, islam isə qeyri-demokratik dindir”. Şərhə ehtiyac yoxdur. Sumqayıt təxribatının ideoloqlarından biri olan Starovoytova separatçı “Qarabağ” komitəsi ilə Yeltsinin başçılıq etdiyi Rusiya demokratlarının qrupu arasında əlaqələndirici şəxs, daha dəqiq desək ermənilərin vəkili qismində çıxış edirdi".
.
Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi vəziyyət rayonunun sabiq komendantı, general-mayor Vladislav Safonov da Qalina Starovoytovanı münaqişənin yaranmasında “böyük əməyi olduğunu” təsdiqləyir: “Dağlıq Qarabağın erməni mənşəli xalq deputatları mövcud qaydalar üzrə parçalanma üzərində işləyirdilər. Mənə şikayətlər, məktublar gəlirdi, onların əsasında hesabatlar hazırlayır və kimin millətçilik və ekstremizm toxumları səpdiyini göstərirdim.
Narahatlıq və təxribatlar Ermənistandan olan SSRİ xalq deputatı Qalina Starovoytovanın xəbərdarlıq etmədən Yerevandan Qarabağa gəlməsindən dərhal sonra başlayıb: "Onun yanıma gətirilməsini əmr etdim. Məni xeyli acıladı, Pinoçetlə müqayisəmi etdi. Bura xüsusi vəziyyət zonası idi. Lukyanov onun dərhal oradan getməsini tələb etdi. Səhər tezdən onu Moskvaya yola saldım"
Təsəvvür edin , Starovoytova erməniləri və onların ideoloji işi olan qondarma “dqr”i nəinki sovet məkanında , eləcə də dünya arenasında elə təbliğ edib, elə müdafiə edirdi ki, Ermənistanın 1993-cü ildə tərtib etdiyi ən nüfuzlu Mxitar Qoş adına medalına layiq görülüb.( 2002-ci ildə ölümündən sonra)
Beləcə, Rusiyada ən nüfuzlu siyasət və dövlət xadimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis, hüquq müdafiəçisi, tarix elmləri namizədi kimi fəaliyyətə başladı. Onun ən fəal dövrü 1990-1993-cü illərdə olub. Rusiya Federasiyası Dövlət Dumasının deputatı , həmçinin Boris Yeltsinin beynəlxalq məsələlər üzrə müşaviri olub . Qalina Starovoitova həm də "Demokratik Rusiya" federal partiyasının həmtəsisçisi və lideri idi. 1995-ci ildə ikinci dəfə Rusiya Dövlət Dumasının deputatı olub.Və caynaqlarını istənilən keçmiş sovet məkanı olan respublikalara qətiyyətlə keçirə bilib .
Qeyd edək ki, Qalina Staravoytova 1998-ci il noyabrın 20-də Peterburqda Qriboyedov küçəsindəki evinin girişində qətlə yetirilib. Keçmiş deputat Qluşenko məsələdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum olunmuşdu.Bəli, hər bir insan öz əkdiyini biçir. Yaxşılıqlarına görə mükafat , pis əməllərinə görə cəzasını alır. Azərbaycana vurduğu sağalmaz yaraların cəzasını azərbaycanlılar almasa da günahsız insanların Allahı Qalina Staravoytova Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan keçmiş üzvü Mixail Qluşenkonun əli ilə cəzalandırdı.
Yeri gəlmişkən, Qalina Starovoytova təkcə erməni məsələsndə öz ikrahdoğuran mövqeyi ilə seçilməyib, həm də özü kimi ermənipərəstlər yetişdirə bilib. Beləki, siyasi karyerasına ermənipərəst siyasətçi Qalina Starovoytovanın köməkçisi kimi başlayan, hazırda Rusiya Dövlət Dumasının ermənipərəst deputatı kimi tanınan Vitali Milonov Qalinanın ən sadiq şəyirdlərindəndir.
Rusiyanı Azərbaycana qarşı qızışdırmağa çalışan bu əbləh, müharibə dövründə “qardaşlarına dəstək” nümayiş etdirərək bu fikirləri ortaya atırdı:” Müttəfiq Ermənistanımıza qarşı “təcavüz” dərhal dayandırılmalı, hərbi əməliyyatlar zamanı “qanunsuz zəbt olunmuş” ərazilər azad edilməlidir”.
Ümid edək ki, tezliklə bir Mixail Qluşenko da meydana çıxar.
Əntiqə Rəşid