Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
“IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev həmin ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
Tərəflər, həmçinin münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
10 Dekabr 2025 13:36
Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə görüşdü
10 Dekabr 2025 12:52
Prezident daha bir qəbul keçirdi - FOTOLAR
10 Dekabr 2025 11:59
"Minimum əməkhaqqı anlayışı beynəlxalq tələblərə uyğunlaşdırılıb" - Nazir müavini
10 Dekabr 2025 11:32
İlham Əliyev Ksaba Leykonu qəbul etdi - FOTOLAR
10 Dekabr 2025 10:41
"Belə bir sənədin altına imza atmaq..."
10 Dekabr 2025 10:41
“Azərbaycan Avropa ilə əməkdaşlığı inkişaf etdirməlidir...” - Politoloq
10 Dekabr 2025 10:18
Nazir ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşüb
10 Dekabr 2025 09:00


Bakı -°C

