“Azərbaycan Avropa ilə əməkdaşlığı inkişaf etdirməlidir...” - Politoloq
“Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməli və öz xarici siyasətini bu istiqamətdə qurmalıdır. ABŞ etibarlı və etimad ediləcək ölkə statusunu itirir. Bu Gürcüstan və Ukrayna nümunəsində özünü göstərdi. Rusiya və Çin ekspionist və işğalçı siyasətlərə malikdir. Qonşularla normal əməkdaşlıq deyil, vassal siyasətinə üstünlük verirlər. Avropa ittifaqı və başda Böyük Britaniya olmaqla yeni dünya siyasi nizamında mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət aparırlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində ABŞ -Rusiya sövdələşməsinin qarşısını Avropa alır:
“Bildirim ki, Almaniya artıq 50 milyard dollardan artıq hərbi paket qəbul edib. Həmçinin Böyük Britaniya və ardınca digər Avropa ölkələri də eyni qərarlar qəbul edirlər. Avropa üçün əsas dəyər olan demokratiyanın da qorunması və inkişaf etdirilməsi əsas prioritet kimi də qəbul edilib. Bunu Almaniyanın kansleri F.Merts D. Trampa cavab olaraq qeyd edib. D.Trampdan sonra, ABŞ-nin Zəngəzur dəhlizinə marağı zəifləyə bilər. Daha çox bu dəhlizə maraqlı əsas tərəf Avropa İttifaqı olacaq. Böyük Britaniya -Avropa İttifaqı, Türkiyə -Cənubi Qafqaz və Mərkəzi Asiya xətti inkişaf edəcək. Azərbaycan Cənubi Qafqazda yeni siyasi nizam yaradıb. Həmçinin Mərkəzi Asiya ölkələri bu region üzərindən Qərblə əlaqələr qurur. Bu da regionda yeni siyasi transformasiyadır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03
“Putin Astraxan vilayətinin şimalındakı qumsal çölləri Çinə icarəyə verib”
08 Yanvar 2026 14:00
Ya İranı qarışdırırlar, ya da Türkiyədə... - Elxan Şükürlü yazır
08 Yanvar 2026 13:06
“İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa...”
08 Yanvar 2026 12:59
Prezident xarici və yerli investorlara çağırış etdi
08 Yanvar 2026 12:58


Bakı -°C

