Uiston Çercill: "Ləyaqətini itirəndə özünüdə itirirsən..."
Ramiz Mehdiyevə, qarşı "hakimiyyəti zorla ələ keçirmək", "vətənə xəyanət" maddələri ilə bağlı ittiham irəli sürülərək barəsində cinayət işinin başlamasıyla bərabər, bəzi müxalif qüvvələrin kürklərinə birə düşüb.
Xüsisiylə Mehdiyev çetesiylə sıx iş bitliyində günahlandırılan Azərbaycan Xalq Cəbhəsi partiyasının rəhbəri Əli Kərimlinin və mavinin həbs edilməsindən sonra, müxalifət funksionerlərinin sosial şəbəkələrdə, kürləvi informasiya vasitələrində və saytlarda bir-birilərini Ramiz Mehdiyevlə iş birliyində günahlandırmaq uğrunda yarışa başlayıblar.
Ötən əsrin "mitinqlər qəhrəmanı" Nemət Pənahlı, ADP-nin sədri Sərdar Cəlaloğlunu Ramiz Mehdiyevin adamı olmaqda günahlandıraraq, 2010-cu ildə yazdığı kitabda Ramiz Ənvəroviçin fəaliyyətini yüksək qiməyləndirdiyini bildirir. Sərdar Cəlaloğlu isə, Nemətin yalan danışdığını, həmin kitabda, əksinə Ramiz Mehtiyevin təhkükəli biri, rusiyanın adamı olduğunu yazdığını bildirir.
Sərdar bəy, eyni zamsnda prezident seçkiləri zamanı, Rusiyada Abbas Abbasovun rəhbərliyi ilə qurulan "Milyarderlər ittifaqının" təşəbbüsü ilə Azərbaycanda yaradılan "Milli Şura"nın işində iştirak edən müxalifət partiyalarının liderlərini, könüllü loaraq istintaqa getməyə və ətraflı izahat verməyə çağırır.
Bu admların niyə əl-ayağa düşmələrini, bir-birilərini "baqaja qoymalarını", niyə tələsdiklərini başa düşmək olmur. Hazırda DTX-nin istindaq idarəsində, hakimiyyətin "zorla ələ keçirilməsi", "vətənə xəyanət" ittihamları ilə, Ramiz Mehtiyev barəsində cinayət işinin istintaqı aparılır. Qanunvericiliyə görə, cinayətlə əlaqəsi olmaqda şübhəli bilinən və məlumatı olan hər kəs dindirilir, bəziləri barəsində "həbs qəti imkan" tədbiri seçilib və yəqin ki, həbslər hələ davam edəcək. Hər kəs arxayın olsun ki, kimsə, törətdiyi ağır əmələ görə, cəzadan kənar qalmayacaq.
"Ədalət" qəzeti
Digər Xəbərlər
23 Yanvar 2026 19:23
XİN-də geniştərkibli kollegiya iclas keçirildi
23 Yanvar 2026 18:44
Azərbaycan–İspaniya əməkdaşlığı müzakirə olunub
23 Yanvar 2026 17:51
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
23 Yanvar 2026 17:42
İran üçün qorxulu ssenarisi - Amerikalı analitikdən SENSASİON YAZI
23 Yanvar 2026 17:22
Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım edib
23 Yanvar 2026 17:08
Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirilib
23 Yanvar 2026 16:56
Sahibə Qafarova: Azərbaycanla İspaniya arasında fəal siyasi dialoq mövcuddur
23 Yanvar 2026 12:26


Bakı -°C

