"İşləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur" - Deputat
"Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir:
"Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrin bağlanmasıdır. Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur. Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir".
Deputat qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir: "Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-i müqavilə olmadan işləyir".
Digər Xəbərlər
22 Noyabr 2026 16:36
Allahşükür Paşazadə Moskvaya səfər edib
22 Noyabr 2026 16:22
Görünüş məsafəsi məhdudlaşacaq
21 Noyabr 2026 18:00
Leyla Əliyeva Hanoydakı açılış mərasimində - FOTOLAR
21 Noyabr 2026 14:50
Hanoyda Prezident və xanımının şərəfinə rəsmi nahar verildi - FOTOLAR
21 Noyabr 2026 11:42
Aqil Abbas: "Bu, təkcə Ağdamın yox, bütün Azərbaycanın bayramıdır!" - VİDEO
21 Noyabr 2026 11:00
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
21 Noyabr 2026 10:20
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə belə hazırlıq görülüb - VİDEO
21 Noyabr 2026 10:07


Bakı -°C

