23 May 2025 13:17
194
DÜNYA

Ermənipərəst ABŞ konqresmenindən dövlət katibinə anti-Azərbaycan  ÇAĞIRIŞ

Konqresmen Kris Smit....Azərbaycan xalqı onu çoxdan tanıyır, torpaqlarımız işğal olunandan, vətəndaşlarımız öz doğma yurd-yuvalarından deportasiya ediləndə, soyqırıma məruz qalan dönəmlərdən. Hələ 2015-ci ildə onun rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə "Azərbaycan Demokratiya aktı" qanun layihəsini Konqresə təqdim etmişdi.

Bu qanun layihəsini Konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətində idi. Həmin vaxt Azərbaycan XİN-i bu layihəni "Qəbuledilməz" və "Antiazərbaycan xarakterli" adlandırdı. Birdə o vurğulandı ki, sənədin müəllifi Kris Smit həmişə ABŞ- dakı pullu erməni lobbisinin təsiri altında olub və ermənipərəst mövqeyi ilə seçilib. Bəli, bu kimi ermənipərəst qətnamələr ABŞ -Azərbaycan münasibətlərini poza bilməsə də bir xeyli Azərbaycana zərərləri ilə yadda qaldı. Məsələn, 907-ci düzəliş — Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəliş bu günə qədər qüvvədədir.
Uzun illərdir ki, Smit öz platformasını unudaraq bütün gücünü Anti-Azərbaycan qərarları ilə məşğul olur, onun qəbulu üçün hökümətə təsirlər etmək üçün çalışır.

Ermənipərəst Kris Smit hələ də ənənəvi ampluasından çıxmayıb və illər ərzində daha da fəallaşıb

Adalet.az xəbər verir ki, mayın 21-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı konqresmen Kris Smit dövlət katibi Marko Rubionu azad edilməsi üçün təcili tədbirlər görməyə çağırıb. Söhbət Bakı həbsxanasındakı erməniləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərindən gedir:" Mən sizi onların azadlığa buraxılması üçün əlinizdən gələni etməyə çağırıram”.
Dövlət katibi Marko Rubio bildirib ki, erməni məhbusların azad edilməsi ABŞ-ın regionda “Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına yönəlmiş” davam edən diplomatik səylərinin “vacib” tərkib hissəsidir:"Orada real qarşıdurma riski var, biz bunun qarşısını almağa çalışırıq. Komandalarımız bununla çox məşğul olub, nəsə etməyə və ora silahlı müdaxilənin qarşısını almağa çalışırlar", - o deyib.


Qeyd edək ki, ABŞ rəsmisinin bu açıqlamasından məlum olur ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə "qarşıdurma riski"ni sübut gətirərərək iki qonşu dövlət arasındakı hazırkı proseslərə qoşulmağa can atdığı görünür. Bu mövzu  əslində başqa bir yazının mövzusudur ki, burada ABŞ-ın Qafqaz planı üzə çıxır.

 Əntiqə Rəşid