Ermənistan axtarışda olan iki nəfəri Türkiyəyə təhvil verdi
Ermənistan bu ölkədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki nəfəri - Ercan Yılmaz xə İbrahim Kaymak adlı şəxsləri Türkiyəyə ekstradisiya edib.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İnterpolun təqdim etdiyi sorğuya cavab olaraq, 2025-ci il yanvarın 19-da Ermənistan Türkiyədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, İrəvan sözügedən şəxsləri “Qırmızı bülleten”ə əsasən təqdim etdiyi sorğuya cavab olaraq Ankaraya təhvil verib.
Qeyd edək ki, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən, 14 ildir ki, İnterpol tərəfindən qırmızı bülletenlə beynəlxalq axtarışa verilib. İbrahim Kaymak isə 6 ildir axtarışdadır. Onların hər ikisi "Barış Boyun" adlı cinayətkar təşkilatın üzvüdür.