29 Iyul 2024 09:09
251
HADİSƏ

Ermənistan Laçın üzərində kəşfiyyat uçuşlarına CƏHD EDİB

İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilir ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.