Ermənistan Qarabağ ermənilərinə yardımı dayandırır
Ermənistan hökuməti Qarabağdan olan ermənilərə qısamüddətli yardım proqramlarını davam etdirməyi planlaşdırmır.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan parlamentdə hökumət saatında açıqlayıb.
O, müxalifətin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyanın müvafiq sualına belə cavab verib: "Aprelin 1-dən əmək qabiliyyətli vətəndaşlar 40+10 min dram qısamüddətli yardım proqramı çərçivəsində müavinət almayacaqlar. Onları yalnız uşaqlar, pensiyaçılar, əlil vətəndaşlar (1-ci və 2-ci qrup əlillər), habelə ailə başçısını itirmiş ailələr alacaqlar. Lakin onlar üçün dəstək ayda 40 min dram, iyuldan dekabr ayına qədər isə 30 minə qədər azalacaq".
Nazir qeyd edib ki, hökumət eyni vaxtda müavinətlər ayıra və uzunmüddətli proqramlar həyata keçirə bilməz: "Nazirlər Kabinetinin əsas məqsədi onların iş tapmasını təmin etməkdir".
Digər Xəbərlər
15 Aprel 2026 11:02
Putin Çinə səfər edəcək
15 Aprel 2026 10:04
Ərdoğan Qazaxıstana gedəcək
15 Aprel 2026 09:18
"Tramp İranla böyük bir razılaşma əldə etmək istəyir" - Vens
14 Aprel 2026 20:44
“24 saat ərzində bir dənə də olsun gəmi keçməyib”
14 Aprel 2026 20:21
Hakan Fidan pakistanlı həmkarı ilə müzakirə APARDI
14 Aprel 2026 20:15
Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər
14 Aprel 2026 20:00
Almaniya Ukraynaya 4 milyard avroluq silah göndərir
14 Aprel 2026 19:23


Bakı -°C

