Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Serdar Kılıç

Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç jurnalistlərə açıqlamasında deyib.
"Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur", - o, bildirib.
Onun sözlərinə görə, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi nəzərdə tutulur.
Diplomat bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Alican sərhəd qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək./report
Digər Xəbərlər

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var

Tramp: Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib

Ukrayna PUA-larla Rusiyaya hücuma keçdi

Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm - Netanyahu

Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Hakan Fidan

"İrəvan Moskvanın "kiçik qardaşı" olmaqdan çıxıb" - Ermənistan prezidenti

İsrail bununla islam dünyasına müharibə elan etdi - HƏMAS
