"İrəvan Moskvanın "kiçik qardaşı" olmaqdan çıxıb" - Ermənistan prezidenti

"Moskva İrəvanı “kiçik qardaş” kimi qəbul etməyi dayandırıb və onu bərabərhüquqlu tərəfdaş hesab edir".
Adalet.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyir.
"Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaşın münasibətinə bənzəmir, sadəcə tərəfdaşlıqdır. Ermənistan Rusiyanın “kiçik qardaşından” tərəfdaşa çevrilib. Biz son dörd ildə real olaraq nəyə nail olmağa çalışırıq", - deyə Xaçaturyan bildirib.
O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə işləyir və eyni zamanda Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, çünki bu, şaxələndirilmiş iqtisadiyyat konsepsiyasına uyğundur.
Digər Xəbərlər

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var

Tramp: Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib

Ukrayna PUA-larla Rusiyaya hücuma keçdi

Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm - Netanyahu

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Serdar Kılıç

Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Hakan Fidan

İsrail bununla islam dünyasına müharibə elan etdi - HƏMAS
