Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıblar.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müdafiə Nazirliyindən vurğulanıb ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər Xəbərlər
19 Dekabr 2025 18:48
Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi
19 Dekabr 2025 16:22
İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO
19 Dekabr 2025 15:25
Rusiya müharibəsinə yollanan Ağdaş sakinindən bir ildir xəbər yoxdu – FOTOLAR
19 Dekabr 2025 12:02


Bakı -°C

