Ermənistan vətəndaşlığı üçün külli miqdarda pul ödəyən rusiyalı iş adamı aldadıldı
Moskvalı sahibkar “nüfuzlu dostu”nun köməyi ilə Ermənistan vətəndaşlığı almaq niyyətinə düşüb və 10 milyon rublunu (təxminən 278 min manat) itirib.
Adalet.az xəbər verir ki, iş adamı pulu ödədikdən sonra bir neçə dəfə respublikaya uçsa da, həmin şəxs onunla görüşə gəlməyib və vaxtı uzadıb.
Adı açıqlanmayan tibbi avadanlıqlar şirkətinin direktoru Avropadakı sərgilərə uçmaq və xaricdən komponentlərin idxalı üçün logistika şirkəti açmaq məqsədilə paralel idxal sənədləri, viza və Ermənistan vətəndaşlığını almaq niyyətində olub. Lakin fırıldaqçılıqla üz-üzə qaldığını anlayan moskvalı pulun qaytarılmasını tələb etsə də, ona vəsaitlərin məsələnin həlli üçün xərclədiyi bildirilib.
Daha sonra aldadılan iş adamı polisə yollanıb. Hüquq-mühafizə orqanları artıq məsələnin araşdırılmasına başlayıblar. Məlumata görə, hazırda xüsusilə böyük məbləğdə dələduzluqla bağlı cinayət işinin başlanması nəzərdən keçirilir.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

