19 Iyul 2024 11:37
121
DÜNYA

Ermənistanda hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

Ermənistanda AN-2 təyyarəsi qəzaya uğrayıb. 

Adalet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Kotayk rayonunun Yeqvard qəsəbəsi yaxınlığında baş verən hadisə nəticəsində 2 nəfər ölüb. 

Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim təyyarəsi qayalara çırpılaraq qəzaya uğrayıb.