adalet.az header logo
  • Bakı -°C
07 Iyun 2026 11:37
91
DÜNYA
A- A+

Ermənistanda parlament seçkiləri başlayıb 

Ermənistanda Milli Məclisə (birpalatalı parlament) növbəti seçkilər üzrə səsvermə prosesi start götürüb.

Adalet.az xəbər verir ki, yerli vaxtla saat 08:00-da ölkə üzrə 2 500 seçki məntəqəsi fəaliyyətə başlayıb.

Qanunvericiliyə əsasən, xarici ölkələrdə seçki məntəqələri açılmır və Ermənistan vətəndaşları yalnız ölkə ərazisində səs verə bilirlər.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 16 siyasi partiya və 2 seçki blokunu qeydiyyata alıb.

Rəsmi məlumatlara görə, 2,5 milyon vətəndaş səsvermə hüququna malikdir. Yeni Seçki Məcəlləsinə əsasən, seçkilərin baş tutmuş hesab edilməsi üçün iştirak həddi müəyyən edilməyib.

Seçicilərə partiyaların adlarının yer aldığı 18 bülleten təqdim olunur və onlar yalnız birini seçərək seçki qutusuna atmalıdırlar.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri ertəsi gün açıqlaması, yekun nəticələri isə yeddi gün ərzində elan etməsi gözlənilir.

MSK-nın məlumatına görə, seçkiləri 14 xarici ölkədən və bir sıra beynəlxalq təşkilatlardan olan müşahidəçilər izləyir. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyası, AŞPA, Beynəlxalq Frankofoniya Təşkilatı və MDB-dən təxminən 120 müşahidəçi yer alır.