Ermənistanda partlayış - 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 30 nəfərə çatıb.
Adalet.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə NEWS.am-a Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.
O qeyd edib ki, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.
Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.
14:50
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb
Bu barədə Adalet.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.
Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.
O, hazırda xəstəxanaya 7 yaralının gətirildiyini, lakin bunun tam deyil, yaralıların sayının hər an dəyişə biləcəyini bildirib.
Hadisə yerinə ölkə rəsmiləri gəlib.
Qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.
Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
14:06
Ermənistanda partlayış olub.
Bu barədə Adalet.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.
Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.
Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var. (report)
Digər Xəbərlər
28 Oktyabr 2025 19:02 Rusiyada azərbaycanlı generalla bağlı qərar verildi
28 Oktyabr 2025 17:44 Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı
28 Oktyabr 2025 16:37 Üçtərəfli görüş üçün şərtlərini açıqladı
28 Oktyabr 2025 15:38 Lukaşenko Bakı-İrəvan sülhündən danışdı
28 Oktyabr 2025 12:44 Zelenski Ukraynanın dron istehsalından DANIŞDI
28 Oktyabr 2025 11:41 "Putin-Tramp sammiti baş tutacaq" - Orban
28 Oktyabr 2025 09:14 Türkiyədə 6,1 ballıq zəlzələ oldu, 100-dən çox afterşok qeydə alındı - YENİLƏNİB
27 Oktyabr 2025 18:00 

Bakı -°C 






